Məhkumun sağ cibindən telefon çıxdı

  16 Aprel 2014    Oxunub : 402
Məhkumun sağ cibindən telefon çıxdı
Bakı İstintaq təcridxanasında qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən Bakı İstintaq təcridxanasında saxlanılan Namid Əfralı oğlu Kəlbiyevin saxlandığı kameraya və üzərinə baxış keçirilib.

Baxış zamanı əynində olan şalvarın cibindən daxilində danışıq kartı olmayan bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, N.Kəlbiyev Cinayət Məcəlləsinin 180.2.1 (Soyğunçuluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 180.2.4-cü (Soyğunçuluq; insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə) maddələri ilə təqsirli bilinərək həbs edilib.

Teqlər: