`Münaqişənin ədalətli şəkildə həllinin tərəfdarıyıq`

`Münaqişənin ədalətli şəkildə həllinin tərəfdarıyıq`
  16 Aprel 2014    Oxunub:955
Xarici İşlər Naziri Elmar Məmmədyarov Çexiya senatının Avropa İttifaqı məsələləri komitəsinin sədri Miroslav Kreyçanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə Çexiya arasındakı münasibətlər və regionda cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi haqda məlumat verən nazir Elmar Məmmədyarov, beynəlxalq ictimaiyyət tərəfindən sözügedən münaqişəyə ikili standartların tətbiq edildiyini və Azərbaycanın münaqişənin tezliklə ədalətli şəkildə həllinin tərəfdarı olduğunu vurğulayıb.

Miroslav Kreyça dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin sual altına qoyulmasının yolverilməz olduğunu qeyd edib.

Həmçinin nazir Elmar Məmmədyarov ölkəmizin enerji strategiyası haqda qarşı tərəfə məlumat verib. Azərbaycanın xarici işlər naziri ölkəmizin parlament diplomatiyasına böyük əhəmiyyət verdiyini qeyd edərək, Azərbaycanın Çexiya ilə müxtəlif sahələrdə, o cümlədən təhsil və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti