Üç icra başçısı dəyişdirildi - SƏRƏNCAM

  16 Aprel 2014    Oxunub : 462
Üç icra başçısı dəyişdirildi - SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev Ceyhun Fərrux oğlu Cəfərovun Kürdəmir rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Raqub Allahverdi oğlu Məmmədov isə Ağdam rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.

Prezidentin müvafiq sərəncamları ilə İrşad Nadir oğlu Əliyev Kürdəmir rayonu İcra hakimiyyətinin başçısı, Nizami Yəhya oğlu Sadıqov isə Ağdam rayonu İcra hakimiyyətinin başçısı vəzifələrindən azad edilib.

Dövlət başçısı, həmçinin Ceyhun Fərrux oğlu Cəfərovun Tərtər rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

AzVision.az

Teqlər: