Ermənistan azərbaycanlı killeri Rusiyaya təhvil verdi

  16 Aprel 2014    Oxunub : 381
Ermənistan azərbaycanlı killeri Rusiyaya təhvil verdi
Ermənistan Moskvada qazaxıstanlı iş adamını qətlə yetirməkdə təqsirləndirilən azərbaycanlı killeri Rusiyaya təhvil verib.

İş adamını qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlının 2004-cü ildə Rusiya vətəndaşlığı aldığı bildirilir. Sifarişli qətl törədən azərbaycanlı aprel ayında Rusiya və Ermənistan polisinin birgə keçirdiyi əməliyyat tədbiri nəticəsində yaxalanaraq Rusiya Federasiyasına ekstradisiya olunub.

Azərbaycanlı killer 2012-ci ilin aprelində Moskvanın Beqovoy küçəsində sifarişli qətl törədib. Belə ki, 2012-ci il aprelin 19-dan 20-nə keçən gecə Beqovoy küçəsində 7 güllə yarası almış 52 yaşlı qazaxıstanlı iş adamının cəsədi tapılıb. Hadisə yerindən 100 metr aralıda isə qətldə istifadə olunan tapança aşkar olunur. Qazaxıstanlı iş adamının avtoyuycu sahibi olduğu bildirilib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qatilin Rusiya ərazisindən qaçdığı məlum olub.

Azərbaycanlı killerin 27 yaşlı Vladimir şəhər sakini olduğu bildirilib. Hazırda qətli sifariş verənin kimliyinin araşdırılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir (APA).

Teqlər: