Elmar Məmmədyarov ATƏT PA-nın prezidenti ilə görüşdü
E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında qarşı tərəfə ətraflı məlumat verib və Azərbaycanın münaqişənin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq həllinin tərəfdarı olduğunu qeyd edib.
O, həmçinin beynəlxalq təşkilatlar tərəfindən münaqişənin həlli ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın işğalçı siyasətini pisləyən qətnamələrin qəbul olunmasına baxmayaraq, Ermənistan tərəfindən onların icra olunmadığını bildirib. Bu baxımdan Azərbaycanın xarici işlər naziri beynəlxalq ictimaiyyətin münaqişənin həllində daha qətiyyətli və prinsipial mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayıb.
Görüş zamanı qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.