Bu gün 20 dərəcə isti olacaq

Bu gün 20 dərəcə isti olacaq
  17 Aprel 2014    Oxunub:870
Bu gün Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava proqnozlaşdırılır.
AzVision.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-11, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-12, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti