Atəşkəs 28 dəfə pozulub

Atəşkəs 28 dəfə pozulub
  17 Aprel 2014    Oxunub:891
Erməni silahlı bölmələri yenə də atəşkəsi pozublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 28 dəfə pozulub.

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Qazax rayonunun Qaymaqlı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qorqan, Horadiz, Ağdam rayonunun Sarıcalı, Novruzlu, Yusifcanlı, Tərtər rayonunun Çiləbürt, Cəbrayıl rayonunun Mehdili, Xocavənd Kuropatkino və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.


Teqlər:





Xəbər lenti