Millət vəkilindən nazirliyə SƏRT CAVAB

Millət vəkilindən nazirliyə SƏRT CAVAB
  17 Aprel 2014    Oxunub:897
Böyük Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa ağacların kəsilməsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlamasına sərt reaksiya verib.
AzVision.az xəbər verir ki, deputat nazirliyin bu açıqlamasını absurd adlandırıb:

Millət vəkilinin Facebook səhifəsində bu haqda yazdığı statusu təqdim edirik:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Prezedentin ağacların kəsilməsi ilə bağlı çıxışına verilən reaksiyadakı absurda diqqət yetirin: "Ağacları gecələr kəsirlər..." Demək ki, gecələr hər kəs istədiyini edə bilər və qarşısını almaq mexanizmləri yoxdur. Bu məntiqlə gərək Müdafiə Nazirliyi açıqlama versin ki, ölkəyə düşmən gecə hücüm etdiyinə görə bir şey edə bilmədik. Daxili İşlər Nazirliyi açıqlasın ki, cinayət gecə baş verdiyinə görə aça bilmədik. Fövqəladə Hallar Nazirliyi bildirsin ki, yanğın gecə olduğuna görə söndürə bilmədik. Nazirlik bilməlidir ki, dövlət həyatında rast gəlinən qanunazidd əməllərin gecə və ya gündüz baş verməsi fərq etməz. Çünki insanlar 8 saat işləyirlər, dövlət isə 24 saat işləyir”.

AzVision.az


Teqlər:





Xəbər lenti