Bakıda pul oğruları tutuldu

  17 Aprel 2014    Oxunub : 377
Bakıda pul oğruları tutuldu
Bakıda 3 ay əvvəl mənzildən külli miqdarda pul oğurlamış 2 nəfər tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ramil Nəzərov və Ağdam rayon sakini Mələk Kazımova tutulublar.

Onlar yanvarın 27-si saat 22 radələrində paytaxtın Fətəliyev küçəsində yaşayan Rizvan Nəzərovun evindən açar seçmə yolu ilə 6000 manat və 3700 ABŞ dollar pul oğurlamaqda təqsirli bilinirlər.

Qeyd edək ki, Ramil Nəzərov əvvəllər məhkumluq həyatı yaşayıb.

AzVision.az

Teqlər: