Məleykə Abbaszadə məcburi köçkünlərlə görüşəcək

  17 Aprel 2014    Oxunub : 279
Məleykə Abbaszadə məcburi köçkünlərlə görüşəcək
TQDK-nın sədri Məleykə Abbaszadə Şəmkir şəhərində vətəndaşları qəbul edəcək
AzVision.az TQDK-nın saytına istinadən xəbər verir ki, Şəmkir şəhərində keçiriləcək qəbulda Gəncə, Şəmkir, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Tovuz, QazaxAğstafa rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbul Aprelin 22-də, saat 12:00-da Şəmkir şəhəri Zəka Gənclər Mərkəzində (H.Əliyev pr.Bayraq Meydanı) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (https://azvision.az/redirect.php?url=http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Gəncə regional bölməsinə (Ünvan: Gəncə şəhər H.Əliyev meydanı.İnzibati bina ) müraciət etmələri (əlaqə tel.: (0222) 56-50-67) xahiş olunur.

Bundan əlavə, Şəmkir, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Tovuz, QazaxAğstafa Təhsil Şöbələrində 14 aprel –21 aprel 2014-cü il tarixlərində (şənbə, bazar və bayram günləri istisna olmaqla), saat 10:00-dan 17:00-dək qəbula qeydiyyata düşə bilərlər.

Teqlər: