Pakistanlı Komandan Azərbaycanda - FOTO

Pakistanlı Komandan Azərbaycanda - FOTO
  17 Aprel 2014    Oxunub:968
Pakistan İslam Respublikası Hərbi Hava Qüvvələri Komandanının Azərbaycan Respublikasına rəsmi səfəri başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, aprelin 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin Komandanı aviasiya marşalı Tahir Rafiq Battın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Ümumilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını, sonra Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

Sonra qonaqlar Silahlı Qüvvələrin Hərbi Akademiyası və Təlim Tədris Mərkəzinə gedib, orada yaradılmış şərait, şəxsi heyətin xidməti və ərazi ilə tanış olub, komandanlıqla görüşüblər. Qonaqlara hərbi təhsil müəssisələrinin tarixi haqqında məlumat verilib.

Aprelin 19-dək davam edəcək səfər proqramı çərçivəsində aviasiya marşalı Tahir Rafiq Battın rəhbərlik etdiyi nümayəndə heyətinin Müdafiə Nazirliyində görüşləri də planlaşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti