`Adnan Oktar o qızları hipnoz edir`- MƏKTUB

  17 Aprel 2014    Oxunub : 3702
`Adnan Oktar o qızları hipnoz edir`- MƏKTUB
Bu gün saytımızın poçt ünvanına son günlər gündəmdə olan Harun Yəhyanın təriqəti ilə bağlı maraqlı məktub daxil olub.

AzVision.az həmin məktubu olduğu kimi təqdim edir:

“Salam Dəyərli Azərbaycan Mediası.

Adnan Oktar, yəni Harun Yahya adlı saxtakar barədə çox yaxşı ki, sizlər xalqımızı əsasən Azərbaycan qızlarını bilgiləndirdiniz. Mənim xalam qızı Türkiyədə təhsil alanda Harun Yahya təriqətinə qoşulub. Sonra onun təriqətinin əxlaqsız yuva olduğunu görüb və uzaqlaşıb. Xalam qızı özü məndən xahiş etdi ki,Azəbaycan mediasına yazım. Xalam qızı adını açıqlamaq istəmir, çünki Tükiyədə ərə gedib və 2 uşağı var.

Xalam qızı dünən axşam whatsappda mənimlə yazışdı və məndən xahiş etdi ki, Adnan Oktarın əxlaqsızlığı barədə bu sətirləri sizə çatdırım.

Xalam qızı deyir ki, orda Adnan Oktarın təriqətinə cəlb edilən qızların çoxu Adnan Oktarla intim əlaqəyə girirlər. Adnan Oktar həmin qızları sanki gipnoz edir və aşkım sevgilim sözləri ilə əla alır.Xalam qızı özü deyir ki,o təriqətdə 1 il qaldım. İlk öncə guya saf dini öyrədirlər. Sonra orda Esma Özgül adlı Adnan Oktarın ən yaxın qadın adamı var. Esma Özgül heç zaman Adnan Oktarın verilişlərinə çıxmır. Ona Adnan Oktarın mənəvi xəlifəsi deyirlər. Esma Özgül özü Adnan Oktar təriqəgətinə qızları cəlb edir. Axşamlar bəzən qorxunc hadisələr baş verir. Qaranlıq otaqda bizi saxlayırdılar və deyirdilər ki cinlər, şeytanları bizdən qovur. O otaqdan çıxdıqdan sonra sanki bizləri gipnoz edirdilər, sehir edirdilər. Qaranlıq otaqda çoxlu qaldıqdan sonra bizdə Adnan Oktara qarşı sevgi yaranır və onun əlini öpməyə hətta onunla intim əlaqəyə girməyə belə istək yaranırdı. Çox iyrənc təriqətdir.



Bir məsələni xüsusi ilə deyim. Adnan Oktarın mədrəsəsində qalanda gecə yarısı birdən deyirdilər ki,qalxın. Gecə paltarlarında ayaq üstə dururduq və Adnan Oktar içəri yataqxanaya girirdi və deyirdi ki, sizləri ziyarətə gəlmişəm. Cinlər şeytanlar sizdən uzaq olsun.

Ən dəhşətlisini deyim. Adnan Oktar Türkiyəli tələbələri adlandırdıqları o qızlarla qrup halında intim əlaqədə olur. Xüsusi otağı var ora heç kimi buraxmırlar. Otaqda böyük yataq var. Birdə həmin qız tələbələrina otaqda striptiz etdirir.

Adnan Oktara Yəməndən ağac yarpağı gətizdirirlər. Ona el-QAt deyilir. Eroin kimi qadağan deyil. Onu çeynəyəndə insanın başı dumanlanır. Qrup halında intimdən öncə hamısı el-Qat çeynəyirlər.

Çox xahiş edirəm. İctimailəşdirin bu məlumatları. Azəri qızlarına yazığınız gəlsin”.

AzVision.az

Teqlər: