Türkiyədə dava salan azərbaycanlılar deportasiya olundu

Türkiyədə dava salan azərbaycanlılar deportasiya olundu
  17 Aprel 2014    Oxunub:863
Türkiyənin Gebze şəhərində işləmək icazəsi olmayan iki Azərbaycan vətəndaşı ölkədən çıxarılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onların işləmək üçün icazəsinin olmamağı isə aralarında baş verən qarşıdurmadan sonra aşkarlanıb.

Belə ki. Gebzenin Ərəbçeşmə məhəlləsində yaşayan A.M və Ü.Z adlı azərbaycanlılar dalaşıb. Dava zamanı Ü.Z. yaralandığından məhəllə sakinləri həkim çağırıb. O, yerli xəstəxanaya aparılıb. Daha sonra qəsəbənin polis idaərsinə aparılıb, ondan izahat alınıb.

Bundan sonra məlum olub ki, onların hər ikisinin işləmək üçün icazə kağızı yoxdur. Nəticədə onlar ölkədən çıxarılıb.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti