Səhiyyə Nazirliyində ciddi kadr dəyişikliyi

Səhiyyə Nazirliyində ciddi kadr dəyişikliyi
  17 Aprel 2014    Oxunub:1186
Azərbaycan səhiyyə naziri Oktay Şirəliyevin əmri ilə səhiyyə sistemində kadr dəyişikliyi edilib.
AzVision.az xəbər verir ki, bu barədə ANS PRESS-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. O, bildirib ki, nazirin əmri ilə Kliniki Tibbi Mərkəzin baş həkimi Tərlan Bəbirov Bakı Sağlamlıq Mərkəzinə direktoru vəzifəsinə təyin edilib.

Kliniki Tibbi Mərkəzin baş həkimi vəzifəsinə isə Səhiyyə Nazirliyinin Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Sultan Əliyev təyin olunub.

Onun sözlərinə görə, Hematologiya və Transfuziologiya İnstitutunun direktoru vəzifəsinə isə hələ heç kim təyin edilməyib.


Teqlər:





Xəbər lenti