Suriyadan qayıdan azərbaycanlı həbs olundu

Suriyadan qayıdan azərbaycanlı həbs olundu
  17 Aprel 2014    Oxunub:1373
Suriyada döyüşlərə qatılan Azərbaycan vətəndaşı həbs edilib.
Qəbələ rayon sakini, 1989-cu il təvəllüdlü Həsənov Əhməd Elxan oğlu hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Onun Suriyada silahlı qruplaşmaların tərkibində döyüşlərdə 7 ay iştirak etdiyi, Suriyaya qanunsuz yolla getdiyi müəyyənləşib.

Ə. Həsənov Bakıya qayıdarkən Heydər Əliyev Beynəlxalq Hava Limanında tutulub.

O, Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) maddəsi ilə təqsirləndirilir.(apa)


Teqlər:  





Xəbər lenti