“Cəmil Quliyev neqativ hallara görə islahatlar apardı”

  17 Aprel 2014    Oxunub : 446
“Cəmil Quliyev neqativ hallara görə islahatlar apardı”
İctimai Televiziya və Radio Yayımlarının Şirkətinin Baş direktoru Cəmil Quliyev telekanalda neqativ halların aradan qaldırılması üçün bir sıra islahatlar aparıb.
AzVision.az xəbər verir ki, bu barədə timai Televiziya və Radio Yayım Şurasının 2013-cü il aprel – 2014-cü il aprel dövründəki bir illik fəaliyyətinin hesabatında öz əksini tapıb.

Hesabatda bildirilir ki, 2013-cü ildə ictimai teleradionun kadr siyasətində dəyişiklik baş verib:

Teleradioda səkkiz il-iki seçki müddətində rəhbərlik edən Baş direktor İ.Ömərov üçüncü müddətə seçkilərdə iştirak etməyib, Yayım Şurası müsabiqə yolu ilə Baş direktor vəzifəsinə ərizə vermiş xeyli sayda namizədlin içərisindən öz peşəkarlığı, rəhbərlik təcrübəsi ilə Azərbaycan ictimaiyyətinə çoxdan tanış olan Cəmil Quliyevi Baş direktor seçib. C.Quliyev teleradioda əvvəlcədən yaranmış bir sıra ənənələri davam etdirməklə, özünün də yaradıcı səyini əsirgəməmiş və qurumda peşəkarlığın daha da artırılması, qanuna dəqiq əməl olunması, neqativ halların aradan qaldırılması üçün bir sıra islahatlar aparıb. Bununla da teleradioda bəzi artıq departementlər ləğv edilərək birləşdirilib, Yayım Şurasının ciddi müzakirələrindən keçən bu təkliflər təsdiq olunub.

Baş direktor bəzi artıq maliyyə vəsaiti tələb edən strukturların ləğv edilməsi, ştat cədvəlinin dəqiqləşməsi, yeni, daha peşəkar jurnalistlərin məsul vəzifələrə təyin olunması ilə bağlı Yayım Şurasına müraciət edib və biz bu təkliflərin bir çoxunu müzakirədən keçirib təsdiq edib.

Əlbəttə, qanunun da təsbit etdiyi kimi, Yayım Şurası Baş direktorun cari işlərinə qarışmır. Lakin bununla belə Qanun bir sıra vəzifələrə - Baş direktorun müavinləri, departament rəhbərləri, digər rəhbər vəzifələrə təklif olunan kadrları müzakirə etməli və yalnız onun təsdiqindən sonra onlar vəzifəyə təyin edilməlidir. C.Quliyevin Şirkətə rəhbərlik etdiyi son bir ildə Yayım Şurası Baş direktorun bu tip təkliflərini müntəzəm müzakirə edib və peşəkar jurnalistlərin məsul vəzifələrə təyin olunmasını təmin edib. Teleradionun son dövr fəaliyyəti sübut edir ki, şirkətdə aparılan islahatlar təkcə kadr, struktur dəyişikliyi ilə deyil, habelə proqram formatları, yeni ideyalar və bu ideyaların gerçəkləşməsi ilə də bağlıdır.

Sevinc İltifatqızı

Teqlər: