Baş nazirin başını yardılar- FOTO

Baş nazirin başını yardılar- FOTO
  17 Aprel 2014    Oxunub:1386
Ötən gün səhər saatlarında Cənubi Koreyaya məxsus “Sewol” adlı gəmi-bərənin batması gəmidəki sərnişinlərin yaxınlarını qəzəbləndirib. AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, itkin düşən 287 sərnişinin ailə üzlərindən biri ölkənin baş nazirinə su qabı atıb.

İtkin düşənlərin əksəriyyətinin gənclər olduğu bildirlir. Gəcnlərin ailələri bu fikirdədir ki, rəsmilər tələbələrin xilas edilməsinə kifayət qədər diqqət ayırmayıblar və gecikiblər.

Qəzadan sorna tələbələr mobil telefonları vasitəsilə ailələrinə mesaj yazıb kömək istəyiblər. Gəmidəki sərnişinlərdən 179 nəfəri xials edilsə də, 287 nəfərdən hələ də xəbər yoxdur.






Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti