Parlamentdə Tovuz sakinlərinin problemi qaldırıldı

Parlamentdə Tovuz sakinlərinin problemi qaldırıldı
  18 Aprel 2014    Oxunub:932
Milli Məclisin bu gün keçirilən iclasında Tovuzdan seçilmiş millət vəkili Qənirə Paşayeva ön cəbhədə yaşayan insanların problemindən danışıb.

AzVision.az xəbər verir ki, o, bildirib ki, ermənilər hər gün cəbhə xəttini və kəndləri atəşə tuturlar:
“Mən təklif edirəm ki, həmin kəndlərdə yaşayan insanlara kommunal güzəştlər edilsin. O insanlar bu qədər çətinliklərə baxmayaraq, öz kəndlərini tərk etmirlər. Məncə həmin insanlara güzəştlər edilməli, kommunal xərclər azaldılmalıdır”

Daha sonra deputat bildirib ki, həmin kəndlərə sərmayə qoyan adamlar azlıq təşkil edir: “O kəndlərdə sərmayə qoyan adamlar azdır. Təklif edirəm ki, həmin kəndlərdə iş yerləri açan, sərmayə qoyan insanlar vergidən azad edilməlidir. O zaman orada yeni iş yerləri açıla bilər”.

Millət vəkili qeyd edib ki, düşmən gülləsindən açılan atəş nəticəsində dağıdılan evlərin bərpası sürətlənməlidir: “Kəndlərə çoxlu sayda dağıdılmış evlər var. Onlar təmir olunsa da, bu gec gedir. Bu sürətlənsə daha yaxşı olar. Bərpa mərkəzi bunu sürətləndilməlidir. Eləcə də mümkündürsə, cəbhəyə yaxın evlərin divarları yenidən düzəldilsin”-deyə, millət vəkili Qənirə Paşayeva əlavə edib.

Millət vəkiliinin təkliflərini təqdim edirik:

1)Ali məktəblərə daxil olan tələbələrin bütün ödənişli təhsildən azad olması
2)Kommunal xidmətlərdə güzəştlərin olması
3) İş yerləri quran insanlar tamamilə vergidən azad olunsun
4) Bərpa agentliyinin dağıdılmış evlərin bərpa olunması işini sürətləndirsin
5) Hədəf altında olan evlərə divarları tikmək
6) Sosial yardımların təyin edilməsində ön cəbhə kəndlərinə güzəştlər edilsin

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti