“Torpağımız İrana verilməyib, yalandır”

“Torpağımız İrana verilməyib, yalandır”
  18 Aprel 2014    Oxunub:811
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Azərbaycanın sərhəd hissəsində 44 metr ərazinin İrana verilməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib.
AzVision.az-ın məlumatına görə, komitə sədri jurnalistlərə açıqlamasında bildirib ki, yayılan xəbərlər əsasızdır. Onun sözlərinə görə, hazırda Azərbaycanla (Ordubad) İran (Mazarad) arasında su elektrik sytansiyasının tikilməsi ilə bağlı məsələyə baxılır:

“Mənim müavinim bu yaxınlarda İranda olub. Orada sərhədlərdən 44 metr alınması-verilməsi söhbəti yoxdur. Sadəcə iki ölkə arasında su elektrik stansiyasının tikilməsi üçün torpaq sahəsinin ayrılması və bunun üçün sərhəd məsələsinə baxılır. Bununla bağlı sərhədlərdə heç bir dəyişiklik olmayacaq. Bizim tərəfdə Ordubad, İran tərəfdə isə Mazarad arasında su elektrik stasiyası tikiləcək”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti