Deputat: `Niyə Ermənistana da sanksiya tətbiq etmirlər?`

Deputat: `Niyə Ermənistana da sanksiya tətbiq etmirlər?`
  18 Aprel 2014    Oxunub:796
“Nə üçün Ermənistan bu günə kimi sanksiyalara məruz qalmayıb? Ona görə ki, Azərbaycanın əhəmiyyəti Ukraynadan aşağıdır? Ona görə ki, Xəzər dənizi resursları Qara dənizinki kimi əhəmiyyət kəsb etmir?”
Bu sualı Milli Məclisin hazırda keçirilən plenar iclasında deputat Zahid Oruc səsləndirib. Millət vəkili iri dövlətlərin ikili standartlarla fəaliyyət göstərməsindən danışıb

“Baxın, Barak Obama Ukrayna hadisələrinə görə artıq 8-ci dəfədir ki, Putinə telefon açır. Avropa ölkələrinin rəhbərlərilə danışıqlar aparır. Buna bir sözümüz yoxdur. Amma bir dəfə görmüsünüz ki, Barak Obama Qarabağa görə Putinə telefon açsın?”,- deyə deputat soruşub.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti