Bakıda müasir uşaq bağçası tikilir - FOTOLAR

Bakıda müasir uşaq bağçası tikilir - FOTOLAR
  18 Aprel 2014    Oxunub:2298
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Səbail rayonu, Badamdar qəsəbəsində növbəti uşaq bağçasının əsaslı təmir-yenidənqurulması işləri həyata keçiriləcək. Bununla əlaqədar yeni, müasir üslubda layihə sənədləri hazırlanıb.

Hazırda 110 uşağın tərbiyə aldığı, ümumi ərazisi 3500 kvadrat metr olan korpələr evi-uşaq bağçası 3 korpus və 1 musiqi zalından ibarətdir. Bağçanın əsas korpusu 2 mərtəbəlidir və bütün tikililərin ümumi sahəsi 1000 kvadrat metrdir. Bağçada uşaqların tərbiyəsi ilə 13 tərbiyəçi, 3 musiqi rəhbəri və texniki işçilər də daxil olmaqla 32 nəfər məşğul olurlar.

Səbail rayonunun Badamdar qəsəbəsinin əhalisinin sayının atımı və burada məktəbəqədər təhsil müəssisələrinə olan tələbat nəzərə alınaraq bağçanın həyətində 80 uşaq üçün nəzərdə tutulmuş yeni korpus da tikiləcəkdir. Tikinti-təmir işlərinə bu ilin aprel ayının sonunda başlanacaq.

Qeyd olunmalıdır ki, Heydər Əliyev Fondu tərəfindən keçən il Səbail rayonunun Badamdar qəsəbəsində 136 saylı uşaq bağçası əsaslı təmir olunmuş və Azərbaycan Respublikasının birinci xanımı, Millət Vəkili Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilib.






Teqlər:  





Xəbər lenti