Prezident Nizamini tərcümə elədi
Kişinyovda keçirilən görüşdə Moldovanın keçmiş prezidenti Pyotr Luçinski, Serbiyanın keçmiş dövlət başçısı Boris Tadiç, Albaniyanın sabiq dövlət rəhbəri Recep Meydani və Nizami Gəncə Beynəlxalq Mərkəzinin icraçı direktoru Rövşən Muradov forumun gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
2015-ci ildən sonrakı dövrdə Minilliyin İnkişafı layihəsinə həsr edilən II Qlobal Müştərək Cəmiyyətlər Forumunda BMT səviyyəsində təhsil, sosial müdafiə, cəmiyyətdə qadınların rolunun artırılması sahələrində qarşıda duran məsələlər müzakirə ediləcək, ölkələrin beynəlxalq hüquq çərçivəsində qəbul edilmiş ərazi bütövlüyünün təmin edilməsi məsələsi ətrafında da geniş fikir mübadiləsi aparılacaq.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən forumda Madrid klubu, Roma klubu, İsgəndəriyyə kitabxanası, BMT, UNESCO, Beynəlxalq Münasibətlər Şurası, Dünya Elm, İncəsənət və Mədəniyyət Akademiyası kimi nüfuzlu beynəlxalq təşkilatlar rəhbərlik səviyyəsində təmsil olunacaq, ümumilikdə 54 ölkədən 150 dən çox sabiq ölkə və hökumət rəhbəri, tanınmış ictimai və siyasi xadim iştirak edəcək.
AzVision.az