`Niyə onları pis işlərə yönəldirsiniz? ` - Siyavuş Novruzovdan İqbal Ağazədəyə irad

`Niyə onları pis işlərə yönəldirsiniz? ` - Siyavuş Novruzovdan İqbal Ağazədəyə irad
  18 Aprel 2014    Oxunub:912
“Suallarınızı həmin uşaqları öyrədib, əlinə `Molotov kokteyli`, daş-dəmir parçası verib polisin üzərinə göndərən adamlara ünvanlayın. Öz övladlarını qoruyub, başqasının övladının beynini qızışdıraraq qanun pozuntularına yönəldənlərdən soruşun”.
Bu sözləri Milli Məclisin hazırda keçirilən iclasında “Nida”çıları saxlanılması ilə bağlı həmkarı İqbal Ağazadənin səsləndirdiyi fikirlərə münasibət bildirərkən YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

- Hər gün onlarla söhbət edirsiniz. Siz onlara sual verin ki, niyə xalqın övladlarını bədbəxt edirsiniz, niyə onları ali məktəblərə, kitabxanalara, ağac əkməyə yox, məhz polisin üzərinə iğtişaş törətməyə, əhalinin mülkiyyətinə ziyan vurmağa yönəldirsiniz? Hər dəfə səsləndiririk ki, Azərbaycanda “siyasi məhkəmə” termini yoxdur. Bütün məhkəmələr cinayət faktı üzərində aparılır. Məhkəmə bitməmiş indidən onun qərarına kölgə salmaq olmaz. Çünki hər bir məhkəmədən sonra başqa instansiya məhkəməsi var. Əgər məhkəmənin qərarı ilə razı deyilsənsə, o zaman məsələ hüquq müstəvisində digər yerlərdə araşdırıla bilər. Bu proses hətta Avropa Məhkəməsi səviyyəsinə qədər uzana bilər. Buna görə də, siyasi məhbusdan söhbət gedə bilməz.- deyə Novruzov bildirib.

Deputat onu da əlavə edib ki, Azərbaycan Prezidenti tərəfindən bir çox əfv fərmanları verilib: “Bu proses hazırda davam edir. Siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti