İranlı narkotacirlər ələ keçirildi

İranlı narkotacirlər ələ keçirildi
  18 Aprel 2014    Oxunub:1047
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayonunun Şəfəqli kəndinin ərazisində İran vətəndaşları, əvvəllər məhkum olunmuş Adil Nazimi və Rza Səidi saxlanılıblar.

Onlardan 23 kiloqram 25 qram tiryək və 1 ədəd gecəgörmə cihazı götürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti