DİN 33 nəfəri həbs edib

DİN 33 nəfəri həbs edib
  18 Aprel 2014    Oxunub:891
Daxili İşlər Nazirliyi ötən gün baş verən cinayət hadisələrinin xronikasını açıqlayıb.
AzVision.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 66 cinayət faktı qeydə alınıb, onların da 29-u “isti izlər”lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 5 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 33 nəfər tutulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti