“Yol hərəkatı haqqında” qanun dəyişdi

“Yol hərəkatı haqqında” qanun dəyişdi
  18 Aprel 2014    Oxunub:1203
Milli Məclisin bu gün keçirilən iclasında “Yol hərəkatı haqqında” qanuna dəyişikliklə bağlı müzakirə aparılıb.
AzVision.az xəbər verir ki, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin sədri Əli Hüseynli dəyişikliklə bağlı məlumata verib.

Millət vəkili bildirib ki, təklif “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavənin – “Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların Siyahısı”nın VI bölməsində dəyişikliyin edilməsi ilə bağlıdır: “Təklifə görə, “Mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə” sözləri ilə əvəz edilsin”.

Daha sonra dəyişiklik səsə qoyularaq qəbul edilib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti