Hesablama Palatasının səlahiyyətləri artırılmalıdır

Hesablama Palatasının səlahiyyətləri artırılmalıdır
  18 Aprel 2014    Oxunub:909
Milli Məclisin bu gün keçirilən iclasında Hesablama Palatasına əlavə səlahiyyətlərin verilməsi ilə bağlı millət vəkilləri təkliflər edib.
AzVision.az xəbər verir ki, bu təkliflə iqtisadçı deputat Vahid Əhmədov çıxış edib.
Deputat Hesablama Palatasının aşkar etdiyi qanuna zidd əməlləri törədənlərin bəzi dövlət qurumlarında cəzalandırmadığının vacibliyini bildirib.

Onun sözlərinə görə, Palata 2013-cü ildə Təhsil Nazirliyi, Satınalmalar üzrə Dövlət Agentliyi, Mədəniyyət və Turizm Nazirliyi sistemində müəyyən qanun pozuntularına rast gəlib.

O qeyd edib ki, Palata tərəfindən aşkar polunan korrupsiya faktları ilə bağlı ibtidai istintaqın aparılması üçün səlahiyyət verilməsini tələb edib və bunun Palatanın fəaliyyəti üçün məhsuldar olacağını bildirib.

Eyni zamanda deputat əlavə edib ki, Türkiyədə də bu cür qurum var və onun səlahiyyətləri daha genişdir.

Millət vəkilinin bu təklifinə deputat Zahid Oruc da dəstək verib.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti