Abel Məhərrəmovdan oğlan tələbələrin xeyrinə TƏKLİF

Abel Məhərrəmovdan oğlan tələbələrin xeyrinə TƏKLİF
  18 Aprel 2014    Oxunub:1064
Millət vəkili, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov magistratura və doktorantura pilləsində təhsil alan oğlanlarıa hərbi xidmətdən möhlət hüququnun verilməsini istəyib.

AzVision.az xəbər verir ki, o, bu təkliflə AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən ümumi yığıncağında çıxış edib.

A.Məhərrəmov vurğulayıb ki, möhlət hüququnun verilməməsi elmə gələn oğlanların sayını azaldır: “Əvvəllər fizika, kimya, biologiya fakultələrində 20-25 nəfərlik qrupdan 20-si oğlan olurdu. İndi isə əksinə qrupda cəmi 4-5 nəfər oğlan var. Magistr pilləsində isə oğlanlar əsgərlikdə olduğundan yalnız qızlar qalır. Elmi yalnız qızlarla davam etdirməli oluruq. Onların da əksəriyyəti ailə qurur, analıq məzuniyyətinə çıxır deyə xaricə göndərmək də olmur. Buna görə də hesab edirəm ki, oğlanara hərbi xidmətdən möhlət hüququ verilməlidir”.

Akademik, çıxışında AMEA-nın illik fəaliyyətinə həsr olunmuş hesabatı qənaıətbəxş hesab edib və məlumat verib ki, BDU-nun fakultərində AMEA-nın institutlarının filialları açılıb.
A.Məhərrəmov həmçinin təklif edib ki, universitetlərdə, aparıcı institularda aparılan tədqiqat işlərinə subsidiyalar ayrılmalıdır.

Abel Məhərrəmov AMEA-nın iclaslarında İqtisadi İnkişaf Nazirliyinin və Maliyyə nazirliyinin əməkdaşlarının iştirak etmədiyini söyləyib. Onun sözlərinə görə, sözü gedən Nazirliklər Akademiyanın iclaslarında iştirak etməlidir:

“Universitet və akdemiya müəssiləri arasında əlaqələrdən danışmaq istəyirəm. Hörmətli Akif müəllim biz həmişə danışanda Akademiyadakı problemlərə toxunur. İstərdik ki, İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyinin əməkdaşları da gərək burada iştirak etsinlər. Burada deyilənlər onlara daha çox aiddir. Bimirik burada deyilən məsələlər onlara çadırılmır.




Teqlər:  





Xəbər lenti