Kompyuterlər Azərbaycan dilini başa düşəcək

Kompyuterlər Azərbaycan dilini başa düşəcək
  18 Aprel 2014    Oxunub:1003
“Azərbaycanda səslə idarə olunan mini kompyuterlər yaradılır”.
AzVision.az xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov AMEA-nın illik hesabatına həsr olunmuş yığıncaqda çıxışı zamanı deyib: “Uzun illər davam etdirilən və artıq real nəticələrə əsaslanan Azərbaycan dilinin digər dillərə avtomatik və səsli tərcüməsi, mətnlərin başa düşülməsi və kifayət qədər praktiki əhəmiyyətə malik tam səslə idarə olunan mini komputerlərin və mobil təkliflərin işlənib hazılanması və istehsalı əldə olunan nailiyyətlərdəndir” .

Ə.Abbasov nazirliklə AMEA-nın əməkdaşlığından danışıb: “Belə ki elmi jurnalların çap edilməsi, bir çox tədbirlərin keçirilməsi üçün dəstək veririk. Bu gün ölkəmiz prezident İlham Əliyevin dəstəyi ilə yeni bir inkişaf yoluna başlayır”.

Bundan başqa nazir elmlə iqtisadi sahənin əlaqələndirilməsinin vacibliyini qeyd edib. O, innovativ iqtisadiyyatın yardılmasının önəmini vurğulayıb: “Elmlə iqtisadiyyat arasında körpü, yəni innovativ iqtisadiyyat yaradılmalıdır. Bu sahədə artıq müəyyən addımlar atılır. Belə ki, sənaye və texnoloji parklar yaradılır”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti