Aydın Bəşirovun kadrları işdən qovuldu
Vəzifəsindən azad olunan şəxslər arasında Siravi Komanda Heyətinin inspektoru Əkbər adlı şəxsin də olduğu qeyd edilir. Mənbə sonuncu ilə bağlı qərarın bir ay bundan öncə verildiyini söyləyib. Hər üç şəxsin qovulmasına səbəbin rüşvət olduğu iddia edilir. Bildirilir ki, sabiq rəislərin gəmi kapitanlarından aldıqları rüşvət artıq idarə rəhbərliyinə məruzə olunub. Belə ki, gəmi kapitanı Mövsüm İsayevin “Qəhrəman Həsənov” tankerinə kapitan keçmək üçün Nizami Əliyevə 5.000 AZN dəyərində rüşvət verdiyi vurğulanır. Bundan əlavə, 73 yaşlı baş mexanikdən də FRAXTA-da (“Meredian Şpinq” firması) işləmək üçün rüşvət alındığı bildirilir.
Xatırladaq ki, hər iki şöbə rəisi Aydın Bəşirovun kadrları hesab olunur.