5 qəza, 5 ölü, 34 həbs - Kriminal Xronika

5 qəza, 5 ölü, 34 həbs - Kriminal Xronika
  19 Aprel 2014    Oxunub:806
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 65 cinayət faktı qeydə alınıb, onların da 28-i “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 7 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 34 nəfər tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti