Nazirlik iməcilik keçirdi

Nazirlik iməcilik keçirdi
  19 Aprel 2014    Oxunub:1184
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 22 aprel- Beynəlхalq Yer Günü ilə əlaqədar Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində iməcilik keçirib.
Nazirliyin mətbuat xidmətindən AzVisio.az-a verilən məlumata görə, nazirliyin 400-ə yaxın əməkdaşının iştirak etdiyi iməcilikdə sözügedən ərazinin 100 hektar sahəsində abadlıq işləri aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, ərazi alaq otlarından və tullantılardan təmizlənib.

Beynəlxalq Yer Günü ilə əlaqədar regionlarda da iməciliklər təşkil edilərək yaşıllıqlara qulluq edilməsi, təmizlik işlərinin aparılması kimi tədbirlər həyata keçirilib.

Xatırladaq ki, 22 aprel Beynəlxalq Yer gününun keçirilmə ənənələri ХIХ əsrin 40-cı illərinə təsadüf edir. 1882-ci ildə 22 aprel tarixi Nebraska ştatında rəsmi olaraq bayram günü elan olunaraq "Ağac günü" kimi qeyd olunmağa başlanmışdı. 1970-ci ildən isə ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən, ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək "Yer Günü" adlandırılmışdı.


Teqlər:  





Xəbər lenti