Deportasiya olunan jurnalist Bakıda saxlanıldı
AzVision.az musavat.com-a istinadən xəbər verir ki, Müvafiq posedurdan sonra bütün sərnişinlər hava limanını tərk ediblər. Ancaq Rauf Mirqədirov görünməyib.
Onu gözləyən 15-ə qədər jurnalist Mirqədirovun harada saxlandılğını, yaxud hara aparıldığını öyrənməyə çalışıblar.
Məlumata görə, Rauf Mirqədirovun hava limanında saxlandığı, dindirilməyə aparıldığı təsdiqlənib. Ancaq bu, hələ onun həbs olunması demək deyil.