Ermənistan Türkiyəyə ultimatum hazırlayır
Ermənistan iddia edir ki, Birinci Dünya müharibəsi ərəfəsində Osmanlı imperiyası ərazisində 2 milyon erməni yaşayıb, amma 1915-1923-cü illərdə bu erməni əhalisinin 1,5 milyonu məhv edilib, yəni cəmi 0,5 milyonu qalıb, onlar da bütün dünyaya səpələniblər.
Amma sadə hesablama bunu təkzib edir. Həmin illərdə Rusiya imperiyasında 2 milyona yaxın erməni yaşayıb. Əlverişli şəraitdə olan və heç bir müharibə görməyən, üstəgəl 1930-40-cı illərdə xaricdən gələn 100 minlərlə mühacirin hesabına çoxalan sovet erməniləri hazırda 6 milyona yaxındır. Yəni üç dəfə artıblar. Dünyada isə 12 milyona yaxın erməni yaşayır. Yerdə qalan 6 milyon erməni isə Osmanlı imperiyasında yaşayanların törəməsidir. Göründüyü kimi, onlar da 3 dəfə artıblar və heç bir soyqırım filan olmayıb.
Teqlər: