Azərbaycan kommunistləri 1 Mayı qeyd edəcək

Azərbaycan kommunistləri 1 Mayı qeyd edəcək
  21 Aprel 2014    Oxunub:878
“Azərbaycan Kommunist Partiyası hər il olduğu kimi bu il də 1 May - Zəhmətkeşlər gününü qeyd edəcək, amma fərqli şəkildə”.
Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov bildirib.

Partiya sədrinin sözlərinə görə, onlar 1 Mayı gəzinti adı altında qeyd edəcəklər:

“Biz bu bayramı “May gəzintisi” adı altında keçiririk. O vaxtlar buna
mayovka deyirdilər. Mərkəzi Komitənin tədbirlər planına uyğun olaraq bununla bağlı qərar qəbul olunub. Respublikanın rayon və şəhərlərində partiyanın fəaliyyətdə olan komitələri məhz həmin günü səhər saat 10-dan günortaya qədər yaşadıqları şəhərlərin parklarında toplaşıb gəzintiyə çıxaraq qeyd edəcəklər”.

Partiya sədri bildirib ki, Bakıda əvvəllər bu bayram dənizkənarı Milli Parkda qeyd olunurdu, amma artıq indi Bakının hər rayonunun kifayət qədər imkanları, parkı var: “Biz də yoldaşlara əziyyət verməmək üçün hər bir rayon komitəsinin özünəməxsus qeyd etməyi barədə qərara gəlmişik”.

Keçiriləcək tədbirlərlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciətə gəlincə isə partiya sədri deyib ki, buna ehtiyac yoxdur: “Bu, rəsmi mitinq, yürüş deyil, sadəcə gəzintidir.Azərbaycan demorkatik bir ölkədir və burada gəzinti ilə bağlı hansısa müraciətə ehtiyac yoxdur”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti