PA rəsmisi: “Türkiyə meydanda tək deyil”

PA rəsmisi: “Türkiyə meydanda tək deyil”
  25 Aprel 2014    Oxunub:1547
“Bu gün Türkiyə rəhbərliyi bu problemə artıq tamamilə fərqli mövqedən yanaşır”.
AzVision.az xəbər verir ki, bu sözləri Prezident Adminstrasiyanın İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun AzərTAc-a müsahibəsində qondarma erməni soyqırımına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, uzun illər Türkiyə erməni diasporu və lobbisinin on illiklər boyu tarixi saxtalaşdırma siyasətinə qarşı təkbaşına müqavimət göstərməli olub:

“Lakin bu müqaviməti effektli qura bilməyiblər. Bu, ilk növbədə, Türkiyənin xaricdə mütəşəkkil və siyasi proseslərə ciddi təsir göstərmək gücündə olan diasporunun yoxluğu, ermənilərin isə əksinə, diaspora quruculuğuna prioritet sahə kimi yanaşması ilə bağlı olub. Bundan başqa, Türkiyənin özündə də ermənilərin yalan üzərində qurulmuş təbliğatına ciddi əhəmiyyət verilməyib. Bu gün isə Türkiyə rəhbərliyi bu problemə artıq tamamilə fərqli mövqedən yanaşır, bunun verə biləcəyi fəsadları dərindən təhlil edir və lazımi addımlar atır. Digər tərəfdənsə, bu gün Türkiyə artıq meydanda tək deyil. Regionda mövqelərini kifayət qədər möhkəmləndirib, aktiv xarici siyasət yürüdən, xaricdə mütəşəkkil diaspora təşkilatları ilə proseslərə aktiv təsir göstərmək iqtidarında olan Azərbaycan kimi müttəfiqi var. Bilirsiniz ki, bir neçə il əvvəl Fransa parlamentində qəbul edilən “soyqırımın” danılmasını kriminallaşdıran qanunun sonradan qüvvəsini itirməsində Azərbaycan həm rəsmi şəkildə, həm də bu ölkədəki diaspora təşkillatlarının köməyi ilə çox mühüm rol oynadı.”

Əli Həsənov onu da əlavə edib ki, bu bir daha göstərdi ki, Azərbaycanla Türkiyənin bu istiqamətdə yekdil siyasəti real nəticələr verir.



Teqlər:



Xəbər lenti