ANS Azad Rəhimovu niyə “vurur”? - AÇIQLAMA

ANS Azad Rəhimovu niyə “vurur”?  - AÇIQLAMA
  26 Aprel 2014    Oxunub:1310
Son günlər ANS telekanalında Gənclər və İdman Nazirliyini “vuran” silsilə sujetlər yayımlanır. Gənclər və idman naziri Azad Rəhimovun ANS-i məhkəməyə verəcəyi ilə bağlı xəbərdarlıqdan sonra telekanal nazirliyə qarşı “hücuma” keçib. Ötən gün də daxil olmaq ANS düz 3 gündür ki, efirə gedən “Xəbərçi” proqramında Azar Rəhimovun rəhbəri olduğu nazirliyi hədəfə alıb.

Maraqlıdır, ANS Azad Rəhimovu niyə “vurur”?

AzVision.az bununla bağlı ANS Şirkətlər Qrupu prezidentinin mətbuat məsələləri üzrə müşaviri Mais Məmmədovla əlaqə saxlayıb. Telekanal rəsmisi Azad Rəhimovla problemlərinin olmadığını deyərək hazırlanan materialların jurnalist araşdırması olduğunu qeyd edib.

“Həmin materiallar jurnalist araşdırmasıdır.O da Hesablama Palatasının hesabatına əsasən hazırlanıb”.

Telekanal sözçüsü keçmiş Metropoliten rəisi Tağı Əhmədovdan sonra, nazir Azad Rəhimovla bağlı başlanan kampaniyanın səbəbini soruşanda hiddətlənərək, ANS-də efirə gedən materialların faktlar əsasında hazırlandığını deyib.

“Siz niyə qurdalayırsınız ki? Biz yalan heç nə deməmişik. Dediklərimiz həqiqətə əsaslanır”.

Xatırlayırsınızsa, ANS bundan öncə Bakı Metropolitenin keçmiş rəisi Tağı Əhmədov barəsində də analoji kampaniyaya başlamışdı.

ANS-in Gənclər və İdman Nazirliyi ilə bağlı hazırladığı sunetləri təqdim edirik:







Nihadə Eyyubova



Teqlər:  



Xəbər lenti