Əhməd Vəliyev oğlunun yeni vəzifəsindən danışdı - ÖZƏL

Əhməd Vəliyev oğlunun yeni vəzifəsindən danışdı  - ÖZƏL
  28 Aprel 2014    Oxunub:7348
Odlar Yurdu Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev oğlu Samir Vəliyevin təhsil naziri Mikayıl Cabbarovun müşaviri təyin edilməsini təsdiqləyib.

O bu barədə AzVision.az-a açıqlamasında bildirib. Deputat qeyd edib ki, oğlu 10 gündür bu vəzifəyə təyinat alıb.

“Mətbuatda bu xəbər verilibsə, deməli düz məlumatdır. 5-10 gündür ki, təyin edilib. Amma gec eşitmişəm”.

Qeyd edək ki, Samir Vəliyev bu təyinata qədər Odlar Yurdu Universitetində Tədris və Akademik Proqramlar üzrə birinci prorektor vəzifəsində çalışıb. O ölkənin ən gənc Hüquq elmləri doktoru, professordur. S.Vəliyev Əhməd Vəliyevin böyük oğludur.

Nihadə Eyyubova


Teqlər:  



Xəbər lenti