Müsavat yenidən meriyaya müraciət edəcək

Müsavat yenidən meriyaya müraciət edəcək
  28 Aprel 2014    Oxunub:1099
Bu gün Müsavat Divanının toplantısında Bakı şəhər İcra Hakimiyyətinə müraciətin imzalanması haqqında qərar qəbul olunub.
Partiyadan AzVision.az-a daxil olan məlumata görə, müraciət Müsavatın mitinq qərarı ilə bağlıdır. Belə ki, Divanın iclasında 4 may 2014-cü il tarixində, saat 16:00-dan 18:00-dək Bakı şəhəri Yasamal rayonundakı “Məhsul” stadionunda mitinq keçirməklə bağlı qərar qəbul edilib.

Fatimə Kərimli


Teqlər:



Xəbər lenti