Əfqanıstanlı nazirlər Şahin Mustafayevlə görüşdü
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Əfqanıstan ölkəmizin haqlı mövqeyini daim dəstəkləyir. Azərbaycan və Əfqanıstan arasında iqtisadi əlaqələrin gensişləndirilməsi üçün böyük imkanlar var və bu potensialın reallaşdırılması üçün müqavilə-hüquqi baza yaradılmalı, sərmayələrin təşviqi və qarşılıqlı qorunmasına dair saziş imzalanmalıdır. Ticarət sahəsində də iki ölkə arasında əlaqələr genişlənir".
Mümkün əməkdaşlıq istiqamətləri barədə məlumat verən Ş.Mustafayev təhsil, səhiyyə, neft-qaz, eləcə də sahibkarların maarifləndirilməsi sahəsində Azərbaycanın geniş təcrübəyə malik olduğunu və bu sahələrdə ölkəmizin Əfqanıstana dəstək ola biləcəyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verilib, ölkəmizin regionun siyasi, iqtisadi və mədəni mərkəzi olduğu, Azərbaycanda siyasi və makroiqtisadi sabitliyin təmin edildiyi bildirilib.
Əfqanıstanlı nazirlər Azərbaycana səfərlərindən məmnunluqlarını ifadə edib, ölkəmizin qısa müddətdə böyük iqtisadi uğurlar qazandığını xüsusi vurğulayıb, əldə olunmuş nailiyyətləri yüksək qiymətləndiriblər. Qonaqlar Əfqanıstanın dinamik inkişaf edən Azərbaycanla əməkdaşlığın, iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıblar.
Ölkələrinin təbii resurslarla zəngin olduğunu qeyd edən əfqanıstanlı nazirlər bu sahənin inkişafında Azərbaycanın təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını vurğulayıb, iş adamlarının iştirakı ilə biznes forumun keçirilməsinin iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli olacağını qeyd ediblər.
Onlar Azərbaycanın iqtisadiyyat və sənaye nazirini ölkələrinə dəvət ediblər.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


