Leyla Yunusla bağlı xəbər Novruz Məmmədovu hiddətləndirdi
Trend-in məlumatına görə, jurnalistlərə açıqlama verən N.Məmmədov bildirib ki, bəzi KİV-lərdə gedən xəbər onu hiddətləndirib: "Hansısa sayt yayıb ki, Leyla Yunus ilə onun həyat yoldaşı hava limanında xaricə getdikləri zaman mən kiməsə demişəm onları təyyarəyə buraxıblar, sonra onları təyyarədə saxlayıblar. Tamamilə yalan məlumatdır. Bunu yayan hansı sayt, hansı agentlik olur olsun, təxribatla məşğul olur və müəyyən fikir formalaşdırmaq üçün bunu edir. Bu dərəcədə yalan xəbərlərlə ictimaiyyəti aldatmağı necə qəbul edirlər, başa düşə bilmirəm".
Qeyd edək ki, hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunus aprelin 29-na keçən gecə ölkəni tərk edərkən saxlanılıblar.







Vaxtında, Aydın, Lazımlı!


