Gülər Əhmədovanın məhkəməsi yenə təxirə salındı

Gülər Əhmədovanın məhkəməsi yenə təxirə salındı
  29 Aprel 2014    Oxunub:1008
Bu gün Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə baxışı olub.
Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən baxış iclasında Gülər Əhmədovanın hüquqlarını üç vəkil müdafiə edib.

Məhkəmədə şahidlər ifadə veriblər. Şahidlərin çıxışından sonra Gülər Əhmədova özünü yaxşı hiss etmədiyini bildirib.

Hakim isə sabiq deputatın məhkəmə prosesinin sabah saat 15:00-a kimi təxirə salındığını açıqlayıb.

Xatırladaq ki, 2013-cü il, dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Milli Məclisin sabiq üzvü G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib.

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirlli bilinib.


Teqlər:



Xəbər lenti