Azərbaycan Avropadakı tərəfdaşlarını əmin etdi

Azərbaycan Avropadakı tərəfdaşlarını əmin etdi
  29 Aprel 2014    Oxunub:980
Azərbaycan Cənubi Qafqaz regionunun aparıcı iqtisadiyyatına malik bir ölkə kimi Vişeqrad Qrupu (V4) ölkələrinin ən iri ticarət tərəfdaşıdır. Keçən il Azərbaycanın V4 ölkələri ilə ticarət dövriyyəsi 1 milyard ABŞ dollar təşkil edib və bu, artmaqda davam edir.
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Budapeştdə Vişeqrad Qrupu - Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib. Məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Qeyd edək ki, `Vişeqrad qrupu` ölkələrinə Polşa, Macarıstan, Çexiya Slovakiya daxildir.

Nazirin sözlərinə görə, sevindirici haldır ki, hər iki tərəf ticarət portfelinin şaxələndirilməsi üçün ənənəvi enerji sektorundan kənara çıxaraq və qeyri-neft sektorunun yaratdığı kənd təsərrüfatı, tikinti, ağır sənaye və əczaçılıq kimi sahələrdə də imkanlardan yararlanmaq mümkündür. Həmçinin Azərbaycan qeyri-neft sektoruna investisiyalar baxımından V4 ölkələri üçün olduqca cəlbedici bazar olaraq qalmaqdadır: "Bu, o deməkdir ki, V4 ölkələri, eləcə də Aİ kontekstində bizim mühüm tərəfdaşlarımızdırlar. Bu yaxınlarda, biz Praqada Şərq Tərəfdaşlığının 5 illiyini qeyd etdik. V4 ölkələri iqtisadi, təhlükəsiz və siyasi sahələrdə bir çox məsələləri əhatə edən yeni öhdəlik mexanizmlərinin qurulması, inkişafı və möhkəmləndirilməsinə imkan yaradıblar".

Nazirin sözlərinə görə, Azərbaycan Cənub Qaz Dəhlizinin reallaşmasına imkan yaratmaqla, Avropanın enerji təhlükəsizliyinin təminatını dəstəkləmək üçün öhdəlik götürüb: "Azərbaycan ilə Avropa İttifaqı arasında 2011-ci ildə Cənub Qaz Dəhlizinə dair strateji baxımdan əhəmiyyətli birgə bəyannamənin qəbul olunmasından sonra bu xüsusda olan əzmimizin təzahürü kimi dəhlizin tez bir şəkildə inkişafı üçün tərəfimizdən əsas addım atılıb. Trans-Anadolu qaz kəməri, Cənub Qaz Dəhlizinin strateji orta komponenti kimi, tənzimləmə və kommersiya baxımdan müəyyənlik yaradaraq tərəfdaşlarımızı əmin edib ki, Azərbaycanın təbii qazı Avropaya çatdırılacaq. Keçən yay Azərbaycan qazının Avropadan olan tərəfdaşlara çatdırılması üçün Trans-Adriatik boru xətti seçilib. Son olaraq, keçən dekabrda "Şahdəniz-2" layihəsi ilə əlaqədar yekun investisiya qərarları qəbul edilib. Beləliklə, qarşıdan gələn 4-5 ildə istismara veriləcək Trans-Anadolu və Trans-Adriatik boru kəmərləri Cənubi Avropadan olan tərəfdaşlarımızın strateji enerji tələbatını qarşılayacaq və Mərkəzi Avropaya ixrac üçün gələcək yeni həcmləri müəyyən edəcək. "Şahdəniz-2" eləcə də Avropanın enerji infrastrukturunda qarşılıqlı bağlılığı artıracaq".


Teqlər:  





Xəbər lenti