Heydər Əsədovun açdığı yarmarka söküldü

Heydər Əsədovun açdığı yarmarka söküldü
  30 Aprel 2014    Oxunub:1169
Nərimanov rayonunda, Kənd Təsərrüfatı Nazirliyinin yeni açdığı kənd təsərrüfatı məhsullarının satış yarmarkası sökülüb.
Movqe.az-ın məlumatına görə, kənd təssərrüfatı naziri Heydər Əsədovun metronun "Gənclik" stansiyasının Tofiq Bəhramov adına Respublika Stadionu tərəfdən çıxışında təşkil etdiyi yarmaka şəhərin görünüşünə, eləcə də stadiona girişdə maneə yaratdığı üçün sökülüb.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, yarmarka sökülsə də, Gənclikdə yanacaq doldurma məntəqəsi tərəfdə yenidən qurulur: "Yarmarka stadiona girişdə problem yaradırdı. Söküldü o biri tərəfdə yenidən qurulıur. Belə üstüörtülü yarmarkalar, Yasamal rayonunda, Həzi Aslanov metrostansiyasının çıxışında da var. Üstüörtülü yarmarkaların təşkilində məqsəd yağışlı və günəşli günlərdə də kənd təssərrüfatı istehsalçılarına öz məhsullarını münasib qiymətə satmaq üçün şəraitin yaradılmasından ibarətdir".


Teqlər:  





Xəbər lenti