Ali məktəblərə sənəd qəbulu başa çatır

Ali məktəblərə sənəd qəbulu başa çatır
  30 Aprel 2014    Oxunub:1197
2014-2015-ci tədris ili ali təhsil müəssisələrinə və orta ixtisas (11illik) təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu bu gün başa çatır.
AzVision.az-a bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, abituriyentlərin ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun son günüdür.

Eyni zamanda TQDK-dan bildiriblər ki, qəbul imtahanında iştirak üçün indiyədək 94 109 abituriyent sənəd verib.

Sevinc İltifatqızı


Teqlər:  



Xəbər lenti