Sınaq imtahanının nəticələri açıqlandı

Sınaq imtahanının nəticələri açıqlandı
  30 Aprel 2014    Oxunub:4968
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 27-də keçirdiyi sınaq imtahanlarının nəticələrini açıqlayıb.
TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, imtahan nəticələri qurumun rəsmi saytında yerləşdirilib. https://azvision.az/redirect.php?url=http://eservices.tqdk.gov.az/netsinaq/

Qeyd edək ki, aprelin 27-də Bakı, Naxçıvan, Gəncə, Göygöl, Samux, Qazax, Sumqayıt, Şamaxı, Mingəçevir, Naftalan, Şəki, Qax, Oğuz, Ağcabədi, Göyçay, Zərdab, Ağdaş, Füzuli, Şirvan, Hacıqabul, Biləsuvar, Neftçala, Saatlı, Lənkəran, Lerik, Masallı, Quba və Şabran şəhərlərində ümumilikdə 68 binada sınaq imtahanları keçirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti