Aslanovun media imperiyası çökür
Mətbuatda yer alan məlumatlara görə, “Gün.az” sabahdan etibarən fəaliyyətini dayandıracaq.
Məlumatı dəqiqləşdirmək istəsək də redaksiya ilə əlaqə saxlamaq mümkün olmadı.
Vaxtilə E.Aslanovun nəzarətində olan Bakupost.az saytında da ixtisarların aparıldığı bildirilir.
Xəbəri dəqiqləşdirmək üçün saytın baş redaktoru Tofiq Abbasovla əlaqə saxladıq. O hazırda Gürcüstanda olduğunu bildirərək qeyd etdi ki, bununla bağlı Bakıda qayıtdıqdan sonra danışa bilər.
KİV qurumlarındakı yarpaq tökümünün maliyyə problemi ilə bağlı olduğu qeyd edilir.
Hətta yerli mediada yer alan xəbərlərə görə sözügedən KİV qurumlarına bundan sonra nəqliyyat naziri Ziya Məmmədov nəzarət edəcək.
Z.Məmmədovun oğlu Anar Məmmədovun vəkili Ruslan Məmmədov bir neçə gün əvvəl verdiyi müsahiədə “1news.az”, “Gun.az”, “Bakupost.az” saytları da “Qarant Media Holdinq”ə daxil olacaqmı sualına aydınlıq gətirmişdi:
““1news.az” saytı bizim media holdinqinə daxil deyil. Amma digər saytlarla bağlı bir söz deyə bilməyəcəm. Bütün məlumatlar holdinqin saytında olacaq”.
Xatırladaq ki, bu ayın əvvəlində isə Elnur Aslanovun yaratdığı "Yurd TV"də bağlanıb. Belə ki, prezidentin sərəncamı ilə PA-nın şöbə müdiri postundan çıxarılan E.Aslanovun vəzifədən gedişindən sonra onun sahibi olduğu media imperiyası süquta uğrayıb.
Anar RÜSTƏMOV







Vaxtında, Aydın, Lazımlı!


