May gəldi, dərd gəldi – Bakıda toy böhranı

May gəldi, dərd gəldi – Bakıda toy böhranı
  30 Aprel 2014    Oxunub:5463
Azərbaycanda may ayında toy mərasimlərinin keçirilməməsi kimi qəribə bir ənənə var. Nədənsə, insanlar bu ay toy-nişan eləməkdən çəkinir, xeyir işlərini sonrakı aylara təyin edirlər.

Hesab olunur ki, may ayı “boş aydır”, indiyədək bu ayda toy edən, qız köçürən, xeyir iş görən xeyir tapmayıb. Yəni, köhnə inanclara inananlar düşünürlər ki, bu ayın düşər-düşməzliyi var. Təəssüf ki, bu ənənə bəsit və məntiqsiz olsa da may ayında toy mərasimlərinin keçirilməməsi iqtisadi baxımından ziyansız ötüşmür. Bu əsasən şadlıq saraylarına aiddir. Hərçənd ki, şadlıq sarayları qapılarını toy edənlərin üzünə taybatay açsa da nadir hallarda özünə toy çaldıran tapılar. Bu səbəbdən də şadlıq sarayları mayda toy sarıdan qıtlıq çəkirlər.

Maraqlıdır, bu il may ayında toy edən olacaqmı?

AzVision.az şadlıq sarayları arasında sorğu aparıb.

Hansı şadlıq evində mayda toy nəzərdə tutulub?

Başlayaq, Bakının ən bahalı restoranlarından- “Hollivud”da may ayında 10 toy qeydiyyata alınıb.

“Təxminən 10 toy var”.

“Neolit”də isə gələn ay toy olmayacaq.

“Bizdə may ayında toy yoxdur. Əvvəllər olurdu,amma indi hələki sifariş yoxdur”.

“Movida Plaza”da toy sarıdan əziyyət çəkməyəcək.

“Hər zalımızda toy var. Təxminən 10 toy olur. Qiymətlərdə isə elə də endirim olmayıb”.

“Ay işığı” isə sifarişlərin azlığından narahatdır: Az sifarişimiz var”

“Neon” şadlıq sarayı isə müştəri cəlb etmək üçün maraqlı üsula əl atıb.

“Təxminən 10 toy var. Endirim odur ki, gəlin-bəy maşını,mələklər və bəzi dekorasiyalar hədiyyədir”.

Bakının poluylar restoranlarından olan “Meridian”ın may ayı üçün sifarişi yoxdur. “Hələki,toy sifarişimiz yoxdur”.

“Xudafərin”: “Toyumuz yoxdur”.

“Kolizey”də az da olsa gələn ay toy olacaq.

“Gilavar” restoranında mayda toy endirimli olacaq. “Toy var, qiymətlərdə elə bir endirim yoxdur”.

“Xəmsə”: “Toy var, amma elə də çox deyil.

Nihadə Eyyubova


Teqlər:  



Xəbər lenti