Moskvadan Qarabağ haqda yeni mesaj

Moskvadan Qarabağ haqda yeni mesaj
  30 Aprel 2014    Oxunub:906
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Rusiya, Fransa, və ABŞ sıx qarşılıqlı fəaliyyət göstərib”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2013-cü ildə fəaliyyətinin nəticələri, əsas istiqamətləri və ortamüddətli perspektivdəki vəzifələri haqqındakı məruzədə deyilir.

Məruzədə deyilir ki, Rusiya Federasiyası MDB məkanındakı münaqişələrin siyasi-diplomatik yolla nizamlanmasında fəal rol oynamaqda davam edəcək. ATƏT-in Minsk qrupu yüksək səviyyədə Azərbaycan-Ermənistan təmaslarının bərpa edilməsi ilə bağlı prinsipial razılaşmaya nail olub.

“Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri ilə qarşılıqlı fəaliyyət göstərməsinə davam edəcək və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək”, - deyə Rusiya XİN-in məruzəsində deyilir.(Anspress)


Teqlər:





Xəbər lenti