“Sözü üzə deyirəm, dalınca danışmıram” - DEPUTAT

“Sözü üzə deyirəm, dalınca danışmıram” - DEPUTAT
  30 Aprel 2014    Oxunub:1275
Millət vəkili Adil Əliyev deputat həmkarı Elton Məmmədovun oğlu Aynar Məmmədovun qalmaqallı videolarının mətbuatda yayılmasında adının hallanmasına aydınlıq gətirib.
AzVision.az-ın məlumatına görə, A.Əliyev bu barədə “Azadlıq” qəzetində yer alan məlumatı təkzib edərək bu işlə əlaqəsinin olmadığını bildirib.

“Bu gün “Azadlıq” qəzetinin yaydığı bir məlumat məni bu statusu yazmağa vadar etdi. Guya Elton Məmmədovun oğlunun video görüntülərinin yayılmasında həmkarım məndən şübhələnir. Əvvəllər də bu kimi məsələlərdə bəzi tanıdığım insanlar məndən şüphələnirdilər. Hesab edirdilər ki, əgər bəzi saytlar onlar barəsində nə isə yazıblarsa, deməli günahkar Adil Əliyevdir.

Əvvəla bəyan edirəm ki, mənim jurnalist dostlarım çoxdur və bunu normal hesab edirəm. Və bəyan edirəm ki, mənim heç bir saytım və qəzetim yoxdur. O ki qaldı hər hansı bir məlumatın ötürülməsinə, bir dəfə demişdim, yenə də deyirəm. Əgər mənim sözüm varsa, mən sözü kişi kimi adamın üzünə deyirəm, dalınca danışmıram. Məlumat ötürmək bizlik deyil. Ağıllı oxucu hansı saytın və qəzetin kimə xidmət etdiyini gözəl bilir”.

AzVision.az


Teqlər:  



Xəbər lenti